Bloq
Praktikadan qeydlər
Qəbulda ən çox təkrarlanan mövzular. Həkim kabinetində bir neçə dəqiqədə deyilən şey evdə, gecə saat üçdə yenidən lazım olur, ona görə yazıya köçürürəm.
İmmunizasiya haqqında yazanda nə baş verir
Hər dəfə onlarla etiraz mesajı alıram: peyvəndlərin “ziyanlı” olduğu, guya qəsdən
vurulduğu barədə elmi əsası olmayan fikirlər. Cavabım dəyişmir. Nəticəsini iki il
əvvəlki qızılca epidemiyasında hamı gördü.
Mövsüm başlayanda
Müraciətlərin artmasının əsas səbəbi mövsümi respirator virus infeksiyalarıdır.
Bəzi illər daha aqressiv keçir: yüksək hərarət, şiddətli baş və boğaz ağrısı,
pnevmoniya ilə ağırlaşmağa meyl. İlk 48 saatda həkimə müraciət gedişi dəyişir.
Sarılıqla bağlı bir daha
Doğum evindən erkən buraxılan körpələrdə sarılıq pik həddə evdə çatır. Risk
qrupundakı ailələr bunu bilmirsə, günah valideyndə deyil: məlumatlandırma
neonatoloqun borcudur.
“Uşağın immuniteti zəifdir, nə verim?”
Ən çox verilən suallardan biridir və cavabı dərman adı deyil: sağlam qidalanma.
Qida nimçəsinin yarısı meyvə-tərəvəz, digər yarısı taxıl və zülal, yanında süd
məhsulları. Sadə, amma praktikada ən çox pozulan qayda.
Uzun sürən hərarəti “virusdur” deyib bağlamaq olmaz
Beş gündən artıq davam edən yüksək hərarətdə diaqnoz axtarışı davam etməlidir.
Vaxtında qoyulan diaqnoz ürək tərəfindən yarana biləcək fəsadların qarşısını alır.
Günəşli ölkədə D vitamini çatışmazlığı
Ən çox rast gəldiyimiz səbəb dozanın səhv olması yox, requlyar verilməməsidir.
Baş ağrısı, sümük ağrıları, yuxu pozğunluğu və tez yorulma bununla bağlı ola bilir.
Gündəlik yazılar
Klinikadan xəbərlər və qısa qeydlər Facebook səhifəsində dərc olunur. Bu bölmə həmin yazıların mövzu üzrə yığcam halıdır; video və profillər isə Mətbuatda səhifəsindədir.
Uşağınız üçün qəbula yazılın
Dr. Sahib Cəfərov — Leyla Medical Center-in aparıcı pediatrı. Xətai rayonu, Yusif Səfərov küçəsi 19, Bakı.