Valideynlər üçün
Peyvənd haqqında ən çox verilən suallar
Nə vaxt immunizasiya haqqında yazsam, onlarla imtina və etiraz mesajı alıram. Ona görə cavabları bir yerə topladım, mübahisə üçün deyil, qərar vermək üçün lazım olan məlumat kimi.
“Dünya yaranandan bu yana təbabətin peyvənddən üstün bir nailiyyəti yoxdur. Bu, içməli sudan sonra insanlığa və sağlamlığa xidmət edən ikinci vasitədir.”
“Kim istəmir, vurdurmasın” — niyə bu yanaşma işləmir
Çünki peyvənd yalnız bir uşağı qorumur. Nə qədər çox insan peyvənd almasa, həmin ərazidə təhlükəli infeksiyaların yayılması üçün bir o qədər münbit şərait yaranır. Bunun bariz nümunəsini bu ölkədə qızılca epidemiyası zamanı canlı gördük.
Ən çətin nəticəsi isə budur: kompleks peyvənd yaşı hələ çatmamış körpə özünü qoruya bilmir. İki ayını doldurmamış körpə göyöskürəyə çox vaxt evdəki 3–4 yaşlı, peyvəndi vurulmamış bacı-qardaşdan yoluxur. Ona görə peyvənd şəxsi işdən əlavə həm də ictimai məsuliyyətdir.
Nə baş verdi: qızılca və göyöskürək niyə geri qayıtdı
Sosial şəbəkələrdə və hətta bəzi tibb müəssisələrində aparılan əsassız təbliğatın nəticəsi odur ki, ildən-ilə qızılca və göyöskürək kimi təhlükəli uşaq infeksiyalarının sayı artır, gedişləri ağırlaşır. Elə dövrlər olub ki, infeksion xəstəxanalarda yer qalmayıb və əlavə modul tipli xəstəxana açılıb. Səbəb isə çox bəsitdir: immunizasiyadan səbəbsiz imtinalar.
Epidemiya başlayanda peyvənd vurdurmaq kifayətdirmi?
Gecikmiş peyvənd yenə də faydalıdır, amma tələsik vurulan peyvəndin immunitet yaratması üçün vaxt lazımdır. Xəstəlik artıq yayılıbsa, qorunmanın ən düzgün yolu peyvəndlə yanaşı təmasdan uzaq durmaqdır: qapalı və izdihamlı məkanlara getməmək, maskadan istifadə etmək, sanitar-gigiyena qaydalarına riayət etmək.
Ən çox verilən suallar
Peyvənd təhlükəsizdirmi?
Peyvənd cədvəlimiz gecikib. Yenidən başlamalıyıqmı?
Qızılca peyvəndindən sonra səpki çıxdı: bu normaldırmı?
Qripp peyvəndini uşağa hər il vurdurmaq lazımdırmı?
Hamiləlikdə peyvənd körpəni qoruyurmu?
Uşağım tez-tez xəstələnir: peyvənd ona zərər verməzmi?
Uşağınız üçün qəbula yazılın
Dr. Sahib Cəfərov — Leyla Medical Center-in aparıcı pediatrı. Xətai rayonu, Yusif Səfərov küçəsi 19, Bakı.